Site icon AJMEDIA Azərbaycanca

Britaniyalı motosikletçi Sem Sanderlend ikinci dəfə “Dakar” ralli-marafonunun qalibi olub

Tokio, 15 yanvar, /AJMEDIA/

Britaniyalı Sem Sanderlend “Dakar” ralli-marafonunun motosiklet yarışlarında qələbə qazanıb.

AJMEDIA xəbər verir ki, yarışın final – 12-ci mərhələsində iştirakçılar 164 kilometr məsafə qət ediblər. Çilili Pablo Quintanilla 1 saat 40 dəqiqəlik nəticə göstərərək birinci olub. ABŞ idmançısı Riki Brabek qalibdən 5 saniyə geri qalaraq ikinci pillədə qərarlaşıb. İlk üçlüyü digər çilili idmançı Xose Kornexo tamamlayıb. S.Sanderlend qalibdən 3 dəqiqə 25 saniyə geri qalaraq altıncı olub.

Ümumi sıralamada S.Sanderlend 38 saat 47 dəqiqə 30 saniyə nəticə ilə yarışın qalibi adını qazanıb. P.Quintanilla yarışı ikinci, avstraliyalı Mattias Vakner isə üçüncü pillədə başa vurublar.

Otuz iki yaşlı britaniyalı motosikletçi 2017-ci ildə də “Dakar”ın qalibi olub.

Exit mobile version