Britaniyada matəm II Elizabetin dəfnindən yeddi gün sonra ləğv olunacaq

Tokio, 9 sentyabr , /AJMEDIA/

Böyük Britaniyada Kraliça II Elizabetin vəfatı ilə bağlı ümummilli matəm cümə günü başlayıb və onun dəfindən sonrakı yeddinci günə qədər davam edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Bukingem sarayının bəyanatında bildirilir.
“Kraliçanın vəfatından sonra Əlahəzrət Kral (III Çarlz) arzu etdiyini deyib ki, matəmin müddəti hazırkı vaxtdan başlayaraq Kraliçanın dəfnindən sonrakı yeddi gün boyunca davam etsin”, – sarayın bəyanatında belə deyilir. Eyni zamanda, qeyd olunur ki, dəfn mərasiminin tarixi hələlik təyin olunmayıb və müvafiq qərar “vaxtında” qəbul ediləcək.
Bundan əvvəl yayılan matəm tədbirləri planına əsasən, dəfn mərasiminin təxmini tarixi kraliçanın ölümündən sonrakı 10-cu günə nəzərdə tutulur. Beləliklə, matəm təxminən sentyabrın 25-26-dək davam etməlidir.
Xatırladaq ki, 96 yaşlı Kraliça II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində hamıdan çox – 70 il yeddi ay taxtda olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts