Britaniyada ərzaq qiymətlərində rekord bahalaşma müşahidə olunur

Tokio, 28 sentyabr , /AJMEDIA/

Sentyabr ayında Böyük Britaniyada ərzaq səbətinin qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə orta hesabla 10,6 faiz bahalaşıb.
AJMEDIA Sky News telekanalına istinadla xəbər verir ki, bu, ölkədə ərzaq səbətinin qiymətinin hesablanmağa başlanıldığı 2005-ci ildən bəri ən yüksək göstəricidir. Mütəxəssislərin fikrincə, bahalaşma ərzaq və enerji böhranları ilə bağlıdır. Bu da öz növbəsində heyvan yemi, gübrə, bitki yağı və logistika qiymətlərinin kəskin artmasına səbəb olub.
Məlumata görə, Britaniya əhalisi elektrik enerjisinin və xammalın qiymətlərində, həmçinin nəqliyyat xərclərində görünməmiş artımlarla üzləşib. Bütün bunlar məhsulun yekun qiymətində əks olunur.
Milyonlarla ev təsərrüfatının kreditlə aldığı ərzaq mallarına görə borcu yaranıb və ekspertlər hesab edirlər ki, hökumət onlara yardım göstərmək üçün təcili tədbirlər görməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts