Tokio, 7 iyul , /AJMEDIA/
Britaniya Hava Yollarına (British Airways) məxsus sərnişin təyyarəsi eniş zamanı yanıb.
AJMEDIA xəbər verir ki, Londondan Danimarkanın paytaxtı Kopenhagenə uçan təyyarə enərkən alovlanıb. Danimarka rəsmiləri təyyarənin Kopenhagen hava limanında mühərriklərdən birində baş verən yanğın səbəbindən alovlandığını açıqlayıb.
Danimarka polisi sərnişin təyyarəsinin təxliyə edildiyini, bütün sərnişinlərin və ekipaj üzvlərinin heç bir xəsarət almadan “Airbus A320-232”dən çıxarıldığını bildirib.
Baş verən yanğından sonra təyyarənin Londona dönüşü ləğv edilib.