Tokio, 5 aprel , /AJMEDIA/
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti ötən ilin oktyabrın 29-dan bəri ilk dəfə olaraq 90 dolları ötüb.
AJMEDIA xəbər verir ki, Bakı vaxtı ilə saat 22:02-yə olan məlumata görə, Brent markalı neftin qiyməti 0,51 faiz artaraq 90,02 dollar/barelə çatıb.
Eyni zamanda, Amerikanın “West Texas Intermediate” (WTI) markalı neftin qiyməti 0,14 faiz artaraq 85,8 dollar/barel olub.