“Bremen musiqiçiləri” Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxacaq

Tokio, 4 oktyabr , /AJMEDIA/

Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçılar üçün oktyabrın 16-da təqdim olunacaq.
Teatrdan AJMEDIA-ya bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts