Braziliya millisi “DÇ-2022”nin seçmə qrup mərhələsində liderliyini davam etdirir

Tokio, 15 Oktyabr, /AJMEDIA/

Cənubi Amerika ölkələri arasında futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin növbəti turunun oyunları keçirilib.

AJMEDIA xəbər verir ki, turun maraqlı oyunlarından biri yarış cədvəlinə liderlik edən Braziliya yığması ilə Uruqvay arasında baş tutub. “Amazoniya” stadionunda Uruqvayı qəbul edən sambaçılar rəqibini 4:1 hesabı ilə məğlub ediblər. Bununla da, 11 oyun keçirən Braziliya millisi onuncu qələbəsini qazanaraq, aktivindəki xalların sayını 31-ə çatdırıb. Braziliya millisinin heyətində Rafinya dubl edib, Neymar və Qabriel Barboza fərqləniblər. Qonaqların vurduğu yeganə təsəlli qolunun müəllifi isə Luis Suares olub.

Yarış cədvəlində liderin ən yaxın izləyicisi Argentina millisi də turu qələbə ilə bitirib. Heyətində Lionel Messinin də çıxış etdiyi Argentina “Monumental Antonio Vesenusio Liberti” stadionunda autsayderlərdən biri olan Perunu minimal hesabla məğlub edib – 1:0. Matçın taleyini həll edən yeganə qolu ilk yarıda Martines vurub.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: Boliviya – Paraqvay – 4:0, Kolumbiya – Ekvador – 0:0, Çili – Venesuela – 3:0.

Hazırda yarış cədvəlində vəziyyət belədir: Braziliya – 31 xal, Argentina – 25, Ekvador – 17, Kolumbiya – 16, Uruqvay -16, Çili – 13, Boliviya – 12, Paraqvay – 12. Peru – 11, Venesuela – 7.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts