Tokio, 11 avqust , /AJMEDIA/
Böyük Britaniyanın “The Rolling Stones” rok qrupunun yaradıcıları Mik Caqqer və Kit Riçardsanın Londonun yaxınlığında yerləşən doğma Dartford şəhərlərində heykəlləri qoyulub.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, “The Glimmer Twins” adlı heykəltəraşlıq kompozisiyasının müəllifi Emi Qudmandır. Mik Caqqer əlində mikrofonla təsvir olunub. Onu gitarada Riçards müşayiət edir.
Qeyd edək ki, “The Rolling Stones” 1962-ci ildə yaradılmış və uzun illər populyarlıq baxımından “The Beatles” ilə rəqabət aparan Britaniya rok qrupudur.