Tokio, 24 fevral , /AJMEDIA/
Böyük Britaniya Ukrayna üçün artilleriya mərmilərinin istehsalına 245 milyon funt sterlinq sərmayə qoymağı öhdəsinə götürüb.
AJMEDIA xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Qrant Şapps deyib. O, Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümündə Ukraynaya yeni yardım paketi elan edib. Bildirib ki, Böyük Britaniya gələn il Ukrayna üçün təcili ehtiyac duyulan artilleriya sursatlarının istehsalının artırılmasına kömək etmək üçün 245 milyon funt sterlinq xərcləyəcək.