Böyük Britaniya Rusiya və Belarus idmançıları ilə bağlı Olimpiya Oyunlarının sponsorlarına çağırış edib

Tokio, 11 mart , /AJMEDIA/

Böyük Britaniya hökuməti Olimpiya Oyunlarının ən böyük sponsorlarına məktub yazaraq, çağırış edib.

AJMEDIA xəbər verir ki, bu barədə “The Guardian“ bildirib.

Qeyd olunub ki, məktubda Britaniya hökuməti Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda, o cümlədən gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarında neytral statusda olsa belə, iştirakının qarşısını almaq üçün Beynəlxalq Olimpiya Komitəsinə təzyiq göstərməyə çağırış edib.

Xatırladaq ki, bu ilin əvvəlində Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançıların neytral statusda və bir sıra şərtlərlə yarışmasına icazə verilməsini təklif etmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts