Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazanıb

Tokio, 18 noyabr , /AJMEDIA/

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından AJMEDIA-ya bildiriblər ki, millimizin üzvü Sənan Hətəmov (67 kq) mundialda ikinci döyüşünü də qələbə ilə başa vurub.
İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdıran boksçumuz on altıdabir final çərçivəsində kanadalı Yakub Blaislə üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 4:1 hesabı ilə məğlub edib.
O, səkkizdəbir finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.
Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-26-da aydınlıq gələcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts