BMT-nin Baş katibi Yaponiyanın Baş naziri ilə Hiroşimada görüşəcək

Tokio, 2 avqust , /AJMEDIA/

BMT-nin Baş katibi Antonio Quterreş avqustun 6-da Hiroşimanın atom bombardmanına məruz qalmasının ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşəcək.
AJMEDIA xəbər verir ki, bu barədə avqustun 2-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno məlumat verib.
“BMT-nin Baş katibi avqustun 5-dən 8-dək Yaponiyaya səfər edəcək. Avqustun 6-da o, Hiroşima şəhərinin atom bombardmanı qurbanlarının xatirə mərasiminə qatılacaq və burada Baş nazir Fumio Kişida ilə görüşəcək. Bundan sonra onun Tokioda xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşü planlaşdırılır”, – deyə Baş katib bildirib.
Qeyd edək ki, A.Quterreş 2018-ci il avqustun 9-da Naqasakidə atom bombardmanı qurbanlarının xatirə mərasimində iştirak edib. Növbəti dövrdə Baş katib Hiroşimada keçirilən mərasimə qatılmağı planlaşdırsa da koronavirus pandemiyasına görə bunu edə bilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts