Site icon AJMEDIA Azərbaycanca

BMT-dən Fransada baş verən olaylara reaksiya

Tokio, 30 iyun , /AJMEDIA/

Birləşmiş Millətlər Təşkilatı (BMT) Fransadakı hadisələrə reaksiya verib.

AJMEDIA xəbər verir ki, təşkilat polisin gənc vətəndaşa qarşı silah tətbiq etməsi iddiasının operativ surətdə araşdırılmalı olduğunu bildirib.

“Fransanın hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb”, – deyə BMT-dən bildirilib.

Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.

Exit mobile version