BMT Baş Assambleyası Türkmənistanın təşəbbüsü əsasında qətnamə qəbul edib

Tokio, 9 sentyabr, /AJMEDIA/

BMT Baş Assambleyasının 78-ci sessiyasında Türkmənistanın təşəbbüsü və təşkilata üzv dövlətlərin yekdil dəstəyi ilə “Birləşmiş Millətlər Təşkilatının Dostluq Oyunları” adlı qətnamə qəbul edilib.

AJMEDIA Türkmənistan mediasına istinadla xəbər verir ki, 87 üzv ölkə bu təşəbbüsü dəstəkləyib.

Türkmənistan mediası yazır ki, qətnamənin qəbulu dövlət siyasətinin prioritet sahələrindən biri olan idmanın inkişafı sahəsində bu ölkənin hökumətinin həyata keçirdiyi fəaliyyətə verilən yüksək qiymətdir: “BMT Baş Assambleyası Türkmənistanda idmanın, bədən tərbiyəsi və sağlamlıq hərəkatının inkişafı, bu sahədə dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafı istiqamətində görülən nəhəng işləri alqışlayıb və dəstəkləyib”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts