Blinken: “Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır”

Tokio, 23 mart , /AJMEDIA/

“Azərbaycanın İran ilə uzun sərhədi var və müdafiəyə ehtiyacı var. Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəliş ləğv edilməlidir”.

AJMEDIA xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken ermənipərəst senator Bob Menendesin Azərbaycanla bağlı təxribat xarakterli suallarını cavablandırarkən deyib.

ABŞ Prezident Administrasiyası Azərbaycan ordusunun beynəlxalq hərbi təhsili və təlimi üçün 700 min dollar ayrılması xahişi ilə müraciət edib və bu, ermənilərlə yanaşı, ermənipərəstləri də qıcıqlandırıb.

Bob Menendes arvadı Nadine Arslanyanın sxemi ilə erməni lobbisindən külli miqdarda “ianələr” alaraq qaranlıq əməlləri ilə çoxdan FTB-nin diqqətini çəkib və bununla bağlı araşdırma aparılır.

Dövlət katibi Menendesi susduraraq bir sıra mühüm və praktiki səbəblərin olduğunu izah edib. O, xüsusilə sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts