Site icon AJMEDIA Azərbaycanca

Birinci nəsil iphone hərracda bu qiymətə satıldı

Tokio, 18 oktyabr , /AJMEDIA/

Bazar günü “LCG Auctions” hərrac evində açılmamış 2007-ci il birinci nəsil “iPhone” 39 340 dollara satılıb.

AJMEDIA “Business Insider” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Stiv Cobs tərəfindən ilk dəfə 2007-ci il yanvarın 9-da təqdim edilən “iPhone” zəmanəmizin ən mühüm və geniş yayılmış ixtiralarından birinə çevrilib.

Qeyd edək ki, 2007-ci ildə ilk “iPhone” modelin qiyməti 599 dollar olub.

ABŞ Statistika Bürosunun məlumatına görə, inflyasiya nəzərə alınmaqla hərracda satılan smartfon bu illər ərzində təxminən 45 dəfə bahalaşıb.

Exit mobile version