Birinci Beynəlxalq Tibbi Forumun sponsorları mükafatlandırılıblar

Tokio, 5 iyul , /AJMEDIA/

Naxçıvan Dövlət Universitetində (NDU) Birinci Beynəlxalq Tibbi Forumun sponsorları mükafatlandırılıblar.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AJMEDIA-ya bildirilib ki, bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev çıxış edərək, forumun əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə NDU-da keçirilən tibbi forum önəmi və gələcək perspektivləri ilə nəinki universitet üçün, ümumilikdə, muxtar respublikanın səhiyyə sistemi və digər sahələrə müsbət təsiri baxımından yaddaqalan olub.
Bildirilib ki, təşkilatçılığın yüksək səviyyədə olması ilə də seçilən forum muxtar respublikaya səfər edən xarici qonaqların rəğbətinə səbəb olub. Belə mötəbər foruma ev sahibliyi etmək NDU-da müasir tibb təhsilinin səviyyəsinin də göstəricisidir. Elbrus İsayev forumun təşkilində baş sponsorlar – Türkiyənin Memorial Xəstəxanalar Qrupunun, Nəqşicahan Holdinq Şirkətlər Qrupunun, digər xarici və yerli şirkətlərin də xüsusi rolu olduğunu vurğulayıb.
Sonra foruma sponsorluq edən yerli şirkətlərin nümayəndələrinə yüksək təşkilatçılığa görə sertifikatlar təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts