Biologiya fənni üzrə bazar günü məktəbinin məşğələləri oktyabr ayından başlanacaq

Tokio, 23 sentyabr , /AJMEDIA/

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında biologiya fənni üzrə bazar günü məktəbində məşğələlər oktyabrın 2-dən başlanacaq və hər bazar günü saat 14:00-da “Zoom” platforması üzərindən keçiriləcək.
AJMEDIA MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, biologiya fənni üzrə bazar günü məktəbinə yazılmaq üçün bu ali təhsil müəssisəsinin internet səhifəsində göstərilən linkə daxil olaraq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər bazar ertəsi saat 10:00-da açılır və şənbə günü saat 12:00-da bağlanır.
Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.
Məşğələlər pulsuzdur.
Qeydiyyatla əlaqədar bütün sualları [email protected] ünvanına yazmaq olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts