Beynəlxalq yarışlarda medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb

Tokio, 22 may, /AJMEDIA/

Azərbaycan Velosiped Federasiyasında (AVF) Özbəkistanda və Qazaxıstanda keçirilən beynəlxalq turnirlərdə medal qazanmış idmançılarla görüş keçirilib.

AVF-dən AJMEDIA-ya bildirilib ki, federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov idmançıları təbrik edib və bu uğurların davamlı olmasını diləyib.

Yarışlarda yüksək nəticə göstərmiş velosipedçilərin federasiya prezidenti Zaur Axundov tərəfindən mükafatlandırılması ilə bağlı qərar qəbul edildiyini bildirən qurum rəsmisi 1 gümüş və 1 bürünc medal əldə etmiş Artyom Proskuryakova, 2 bürünc qazanmış Viktoriya Sidorenkoya və bürünc mükafata layiq görülmüş Məryəm Hüseynovaya mükafatları təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts