Site icon AJMEDIA Azərbaycanca

Beynəlxalq Türk Akademiyası daha bir universitetlə əməkdaşlığa başlayır

Tokio, 3 aprel , /AJMEDIA/

Beynəlxalq Türk Akademiyası (BTA) ilə Qazaxıstanın Qorqud ata Dövlət Qızılorda Universiteti ortaq elmi araşdırma layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcək.
BTA-dan AJMEDIA-ya bildirilib ki, əməkdaşlığa dair anlaşma memorandumu Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev və Qorqud ata Dövlət Qızılorda Universitetinin rektoru Beybitkül Kərimova tərəfindən imzalanıb.
Anlaşma memorandumu çərçivəsində Qızılorda əyalətinin Cankent qəsəbəsində yerləşən arxeoloji abidədə birgə elmi-tədqiqat işlərinin aparılması və bu prosesdə əldə edilən materialların elmi ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
Akademiyanın vitse-prezidenti Ashat Kesikbayev tədbir iştirakçılarını qurumun prezidenti akademik Şahin Mustafayevin adından salamlayıb, universitetlə icra ediləcək ortaq araşdırma layihələrinin uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.

Exit mobile version