Site icon AJMEDIA Azərbaycanca

Beynəlxalq şirkətlə Azərbaycana investisiya qoyuluşunun artırılmasını nəzərdə tutan müqavilə imzalanıb

Tokio, 23 iyun, /AJMEDIA/

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev və “Black Locust Capital Financing Broker” (BLC) şirkətinin direktoru Şahrux Xan arasında görüş keçirilib.

AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, görüş zamanı Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar, ölkəmizin əlverişli investisiya iqlimi və biznes imkanları haqqında məlumat verilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Görüş çərçivəsində AZPROMO və BLC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artırılması, strateji tərəfdaşların cəlb edilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, “Black Locust Capital Financing Broker” MMC investisiya konsaltinqi, maliyyə strategiyalarının hazırlanması və fərdi kapitalın idarə olunması sahələrində ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət beynəlxalq biznes prosesləri çərçivəsində imkanların dəyərləndirilməsi və risklərin azaldılması istiqamətində geniş təcrübəyə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

Exit mobile version