Beynəlxalq axtarışda olan cinayətkar İstanbulda saxlanılıb

Tokio, 18 noyabr , /AJMEDIA/

İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən “Kartel 2″ əməliyyatı nəticəsində qırmızı bülletenlə beynəlxalq axtarışa verilmiş Nenad Petrak adlı şəxs saxlanılıb.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.

Qeyd edilib ki, Xorvatiya əsilli bu şəxs Cənubi Amerikadan Avropaya narkotik maddə daşımaqla və onu Avropada yaymaqla məşğul olub. Onun qəsdən adam öldürmə maddəsi ilə də beynəlxalq səviyyədə axtarıldığı bildirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts