Berlində Firəngiz Əlizadənin yubiley konserti olub

Tokio, 7 dekabr , /AJMEDIA/

Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə konsert təşkil edib.
Səfirlikdən AJMEDIA-ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş filmə baxıblar.
Tədbirdə Firəngiz Əlizadənin həyat və yaradıcılığından söhbət açılıb. Qeyd edilib ki, gənc yaşlarından musiqi əsərlərinin müəllifi olan bəstəkar beynəlxalq səviyyədə uğurlara imza atıb. Onun əsərləri dünyanın bir çox tanınmış musiqiçiləri və orkestrləri tərəfindən ifa olunur. F.Əlizadə Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə pedaqoji fəaliyyətlə məşğul olur və böyük sayda musiqiçilərin yetişməsində onun əməyi var.
Sonra Azərbaycan Bəstəkarlar İttifaqının musiqi kollektivinin ifasında Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təqdim olunub. Bəstəkarın “Rəqs”, “Dastan”, “İmpuls”, “Aşk havası”, “Muğamsayağı” və digər əsərləri böyük maraqla dinlənilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts