Site icon AJMEDIA Azərbaycanca

Berlində Mədəniyyətlər Karnavalı keçirilir

Tokio, 09 iyun, /AJMEDIA/

Berlində ənənəvi Mədəniyyətlər Karnavalı keçirilir.

AJMEDIA xəbər verir ki, karnaval bu il də rəngarəngliyi və mədəni müxtəlifliyi ilə minlərlə insanı bir araya gətirib. Dörd gün davam edən karnavalın əsas hissəsi – ənənəvi küçə yürüşündə 68 qrupun tərkibində 4 minədək iştirakçı çıxış edib. Qruplar arasında təkcə berlinlilər deyil, Almaniyanın digər əyalətlərindən gələn nümayəndələr də yer alıblar. Fərqli ölkələrin musiqisi, rəqsləri və ənənəvi geyimləri ilə zəngin olan şou izdihamla qarşılanıb. Karnaval zamanı Latın Amerikası, Afrika, Asiya və Avropaya məxsus musiqi və rəqslər nümayiş olunub.

Yürüşü 700 mindən çox insan izləyib. Yürüş şəhər sakinləri və turistlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, 1996-cı ildən keçirilən karnaval Almaniyada mədəniyyətlərarası həmrəyliyin rəmzinə çevrilib.

Exit mobile version