Belarus Prezidenti amnistiya qanununu imzalayıb

Tokio, 8 dekabr , /AJMEDIA/

Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Birlik Günü ilə əlaqədar amnistiya haqqında qanunu imzalayıb.
AJMEDIA BelTa agentliyinə istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. İlkin hesablamalara görə, amnistiya nəticəsində 4,5 minə yaxın məhkumun cinayət cəzasından, o cümlədən 1,6 min nəfərin azadlıqdan məhrumetmə yerlərindən azad olunması nəzərdə tutulur. Bundan əlavə, daha 4 minə yaxın məhkumun cəza müddəti bir il azaldılacaq.
Qanun terrorçuluğa və ya ekstremist fəaliyyətə görə məhkum olunan şəxslərə şamil edilməyəcək.
Sənəddə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cəzadan və cinayət məsuliyyətinin digər tədbirlərindən azad edilməli olan şəxslərin kateqoriyaları müəyyənləşdirilir. Buraya yetkinlik yaşına çatmayanlar, hamilə qadınlar, 18 yaşınadək uşağı olan tək valideynlər, pensiyaçılar, I və II qrup əlillər, bir sıra xəstəlikləri olanlar, müharibə veteranları, Çernobıl qəzasından zərər çəkənlər və başqaları daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts