BDU və Çexiyanın Cənubi Bohemiya Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Tokio, 2 Oktyabr, /AJMEDIA/

Bakı Dövlət Universitetində (BDU) Cənubi Bohemiya Universitetinin CBU) nümayəndə heyəti ilə görüş olub.

BDU-dan AJMEDIA-ya bildiriblər ki, tədbirdə bu ali məktəbin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, Elmi-təşkilati şöbənin müdiri Mətanət Musayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova, Çexiya Ticarət Təşviqat Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Pavel Zelenka, Cənubi Bohemiya Universitetinin prorektoru Hojdekr Michal və Texnologiya transferi şöbəsinin müdiri Stemberkova Ruzena iştirak ediblər.

Görüşdə Bakı Dövlət Universiteti və Cənubi Bohemiya Universiteti arasında təbiət elmləri sahəsində akademik əməkdaşlığın genişləndirilməsi, tələbələrin və akademik heyətin mübadiləsi, CBU-nun texnologiyaların transferi sahəsində olan təcrübəsini BDU ilə bölüşməsi, Çexiya universitetləri və şirkətləri ilə birgə elmi-tədqiqat layihələri üzərində çalışmaq, sonradan bu layihələrin kommersiyalaşdırılması perspektivləri müzakirə olunub.

Həmçinin iki universitet arasında su bioehtiyatları və akvakultura ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramının hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts