BDU-nun Astrofizika kafedrası: Oktyabrın 3-dən 5-dək maqnit qasırğası davam edəcək

Tokio, 3 oktyabr , /AJMEDIA/

Oktyabrın 3-dən 5-dək maqnit qasırğası davam edəcək.
Bu barədə AJMEDIA-ya Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.
Son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub. Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli – güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib.
BDU-nun Astrofizika kafedrasının məlumatına görə, oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, sonuncu tac kütlə atılması özündən əvvəlki iki tac kütlə atılmasını qabaqlayaraq Yerə daha tez – oktyabrın 4-də gecə saatlarında çatacaq. Oktyabrın 3-dən 5-dək Günəş aktivliyi yüksək səviyyədə olacaq.
Oktyabrın 1-də baş vermiş tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində oktyabrın 3-də geomaqnit sahədə mülayim, oktyabrın 4-də isə orta-mülayim səviyyəli geomaqnit qasırğası yaranacaq. Oktyabrın 5-də geomaqnit sahə sakit və aktiv səviyyədə olacaq.
Oktyabrın 3-də Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99 faiz, M sinif alışmalar üçün 70 faiz və X sinif alışmalar üçün isə 30 faizdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts