BDU “Heydər Əliyev İli” çərçivəsində daha bir layihə həyata keçirir

Tokio, 27 fevral , /AJMEDIA/

Bakı Dövlət Universiteti (BDU) “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin nəsillərə nümunə olacaq həyatı, zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı daha bir layihə həyata keçirir.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib.
BDU alimlərinin Ulu Öndər haqqında il ərzində dərc olunan ən yaxşı elmi, publisistik məqalələri seçilərək kitab halında çap ediləcək.
Məqalələr il ərzində kağız və elektron formada BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə ([email protected]) təhvil verilməlidir.
Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected]

Follow us on social

Facebook Twitter Youtube

Related Posts