BDU-da “Necə nəşr etməli?” mövzusunda növbəti vebinar keçiriləcək

Tokio, 15 noyabr , /AJMEDIA/

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə noyabrın 16-da Bakı vaxtı ilə saat 19.00-da Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Məqalənin təbliğ edilməsi və istinadların artırılması” (“How to promote your article and increase citations”) mövzusunda növbəti vebinar keçiriləcək.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib.
Vebinarda “Sage” nəşriyyatının əməkdaşları – nüfuzlu tədqiqatçı redaktorlar Cessika Lipovski, Kristian Vakkari və Sin Skarişbrik iştirak edəcəklər. İngilis dilində sual-cavab sessiyası ilə keçiriləcək vebinarda iştirak üçün linkində qeydiyyatdan keçmək lazımdır.
Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların budəfəki buraxılışında araşdırmanın hədəf (düzgün) auditoriyaya çatmasını təmin etmək, məqaləni yaymaq, ona edilən istinadların sayını artırmaq və akademik məqaləni təbliğ etməklə bağlı praktik məsləhətlər veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts