Bayramdan sonra pankreatit, mədəaltı vəzin zədələnmələri, öd daşları ilə bağlı müraciətlərə daha çox rast gəlinir

Tokio, 15 mart , /AJMEDIA/

Yaz mövsümü bir çox xroniki xəstəliklərin oyanan dövrüdür. Ən çox turşuluğun geri atılmasından əziyyət çəkənlərin xəstəlikləri kəskinləşir. Eroziv qastrit, mədə xorası və ya onikibarmaq bağırsaq xorası olanlarda xəstəlik aktivləşir. Pasiyentin həmin xəstəliklərin varlığından xəbəri yoxdursa, onlar üzə çıxır.
AJMEDIA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində “Bayram günlərində düzgün qidalanma” mövzusunda canlı yayımda deyib.
Mütəxəssis bildirib ki, çox vaxt bayram günlərində həddən artıq şəkər qəbul edildiyinə görə bağırsaqlarda tormozlanma olur. Ona görə də qəbizlik halları daha çox artır. Ümumiyyətlə, Novruz bayramından sonra pankreatit, mədəaltı vəzin zədələnmələri, lal daş deyilən, illər boyu heç bir əlamət verməyən öd daşları ilə bağlı müraciətlər daha çox qeydə alınır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts