Site icon AJMEDIA Azərbaycanca

Bayram günlərində 40 mindən çox ağac əkilib

Tokio, 27 mart , /AJMEDIA/

Yaz ağac əkini çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.

Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov AJMEDIA-ya bildirib ki, bayram günlərində respublikanın meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 23 hektar ərazidə 40 mindən çox meşəcinsli ağac tingi əkilib, 300 kiloqram toxum səpilib.

Exit mobile version