Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçiriləcək

Tokio, 5 noyabr , /AJMEDIA/

Noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı paytaxt birinciliyi keçiriləcək.
AJMEDIA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, idmançılar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyalarında güclərini sınayacaqlar.
Yarışda “Ocaq Sport” klubu və Bakı Gimnastika Məktəbinin kişilər arasında 55, qadınlar arasında 46 idmançısı fərdi proqramda öz aralarında paytaxtın ən güclüsünü müəyyənləşdirəcəklər.
Yarışda iştirak etmək arzusunda olan tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 3 manat təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts