Basqal tam bərpa olunduqdan sonra bu proseslər yaxın kəndlərdə də dinamikanın yaranmasına təsir edəcək

Tokio, 14 avqust , /AJMEDIA/

Ölkə başçısının müvafiq Sərəncamı ilə 2018-ci ildə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yenidənqurma işlərinə start verilib.
AJMEDIA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımov deyib.
“İlk olaraq Agentliyinin nəzdində fəaliyyət göstərən Dövlət Qoruqların İdarəetmə Mərkəzinin həm mədəni irs, həm də memarlıq şöbələri araşdırmalara başlayıb. İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Əsas məqsədimiz burada turizm infrastrukturunun yaradılmasıdır. 7 sənətkar emalatxanası təmir olunub, magistral yoldan qoruğa qədər olan yol yenidən qurulub. Qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib. Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib. Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb”,- deyə Nizami Qasımov bildirib.
Qeyd edib ki, qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilərək turistlərin istifadəsinə verilib: “Məsciddə isə yenidənqurma işləri davam etdirilir. Hələ ki, nəzərdə tutulan işlərin 50 faizi görülüb. Basqal tam bərpa olunduqdan sonra bu proseslər yaxın kəndlərdə də dinamikanın yaranmasına təsir edəcək. Məqsəd Basqalı təmir etməklə yanaşı onun ruhunu özünə qaytarmaqdır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts