Basketbolçularımız Avropa çempionatına Qaxda hazırlaşırlar

Tokio, 24 may , /AJMEDIA/

On səkkiz yaşadək oğlan basketbolçulardan ibarət yığma komandamız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Basketbol Federasiyasından AJMEDIA-ya bildiriblər ki, millimiz baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.
Təlim-məşq toplanışının əsas məqsədi iyulun 24-31-də San-Marinoda keçiriləcək U-18 Avropa çempionatının C divizionu çərçivəsində baş tutacaq oyunlara hazırlıqdır.
Toplanışa mayın 29-da yekun vurulacaq

Follow us on social

Facebook Twitter Youtube

Related Posts