Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Tokio, 24 yanvar, /AJMEDIA/

Yanvarın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Ə.Əsədov Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts