“Barselona” klubu Serxi Roberto ilə müqaviləni yeniləyib

Tokio, 6 mart , /AJMEDIA/

“Barselona” futbol klubu yarımmüdafiəçisi Serxi Roberto ilə müqaviləni yeniləyib.
AJMEDIA xəbər verir ki, yeni müqaviləyə əsasən, 31 yaşlı futbolçu 2024-cü ilin yayınadək La Liqa klubunda oynayacaq.
Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatırdı.
Futbolçu “Barselona”nın öz yetirməsidir. O, 2010-2011-ci il mövsümündən bu klubun əsas komandasında çıxış edir. İspaniya yığmasında da oynamış futbolçu “Barselona”da meydana çıxdığı 340 matçda 15 qol vurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts