Barak Obama COP26 İqlim Dəyişikliyi Sammitində iştirak edib

Tokio, 9 Noyabr, /AJMEDIA/

Qlazqoda keçirilən COP26 İqlim Dəyişikliyi sammitinin səkkizinci günündə Amerika Birləşmiş Ştatlarının eks prezidenti Barak Obama da iştirak edib.

AJMEDIA xəbər verir ki, Obama anadan olduğu Havay adalarının dözümlülüyünə dair paneldə çıxış edib və ada xalqlarını dinləməyə çağırıb.

O, 2015-ci ildə Paris sazişinin əldə olunmasında ada dövlətlərinin böyük rolu olduğunu bildirib.

“Görülən işlərə nəzər saldıqda şahidi oluruq ki, həyata keçirməli olduğumuz daha çox iş var və adalarımız hər zamankindən daha çox təhdid altındadır”, – deyə Barak Obama söyləyib.

O, sammitdə metan, meşələrin qırılması və yoxsul ölkələrə yardımla bağlı razılaşmalar da daxil olmaqla bir sıra əhəmiyyətli nailiyyətlərin əldə olunmasının dünyanın gələcəyi üçün böyük rol oynadığını bildirib.

Obama çıxışında bildirib ki, “İki il əvvəl Qreta Tunberq insanları onilliklərin ən böyük iqlim nümayişlərinə qoşulmağa ruhlandırıb. Dünya Qretalar ilə doludur”.

O, ABŞ prezident Co Baydenin iqlim dəyişikliyini dəstəkləmək üçün 3 milyard dollar ayırmağına görə qürur duyduğunu əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts