Site icon AJMEDIA Azərbaycanca

Bakının mərkəzindəki neft-kimya müəssisələri hansı ərazilərə köçürüləcək?

Tokio, 8 yanvar , /AJMEDIA/

Ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 hektar) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir.

AJMEDIA xəbər verir ki, bu, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.

Qeyd olunub ki, Səngəçal və Ələt qəsəbələri ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişlidir. Bu qəsəbələrdə neft və neft-kimya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir, eyni zamanda, burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), mayeləşdirilmiş qaz, həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur. Bundan başqa, ərazidə yüksək səs-küy olan maşınqayırma və metallurgiya müəssisələri, tikinti materiallarının (məsələn, sement zavodları) istehsalı müəssisələri fəaliyyət göstərir.

Exit mobile version