Site icon AJMEDIA Azərbaycanca

Bakıdan göndərilən 40 ton un yüklü karvan 6 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Tokio, 3 sentyabr , /AJMEDIA/

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 6-cı gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

AJMEDIA xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Exit mobile version