Bakıdan birbaşa uçan təyyarə Misirin Şarm Əl-Şeyx aeroportuna enib

Tokio, 19 mart , /AJMEDIA/

Misirin Şarm Əl-Şeyx kurort şəhərindəki Beynəlxalq Aeroport uzun fasilədən sonra Bakıdan birbaşa uçan təyyarəni qəbul edib.

AJMEDIA xəbər verir ki, martın 18-də Bakıdan gecə saat 23:00-da havaya qalxan Misirin “Air Cairo” aviaşirkətinə məxsus “Airbus A20neo” sərnişin təyyarəsi martın 19-da yerli vaxtla 00:01-də Şarm Əl-Şeyx Beynəlxalq Aeroportuna enib. Burada Azərbaycandan gələn turistləri ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov və “Paşa Travel” turizm şirkətinin tərəfdaşı olan “Selfie” firmasının nümayəndələri qarşılayıblar. Təqribən 180 nəfər turist Şarm Əl-Şeyxin beşulduzlu otellərinə yerləşdirilib.

“Air Cairo” aviaşirkətinin icraçı direktoru Hüseyn Şərif jurnalistlərə müsahibəsində bildirib ki, Bakı-Şarm Əl-Şeyx aviareysləri həftədə bir dəfə olmaqla cümə günləri həyata keçiriləcək. Onun sözlərinə görə, 2023-cü ilədək bu uçuşların sayının həftədə üç dəfəyə çatdırılması nəzərdə tutulub.

Əcnəbi turistlər arasında ən populyar istiqamətlərdən biri olan Şarm Əl-Şeyx kurort şəhəri Qırmızı dənizin sahilində yerləşən möhtəşəm istirahət məkanı sayılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts