Site icon AJMEDIA Azərbaycanca

Bakıdakı Rus Evində sahibsiz heyvanlara dəstək məqsədilə xeyriyyə sərgisi açılacaq

Tokio, 20 iyul , /AJMEDIA/

Bu gün Bakıdakı Rus Evində (RİMM) “Nargiz Art Studio”-nı təqdim edən gənc rəssamların və Azərbaycanın Rus Gəncləri Assosiasiyasının “Gənc istedadların sərgiləri” layihəsinin iştirakçılarının əsərləri nümayiş olunan xeyriyyə sərgisi açılacaq.
Bu barədə AJMEDIA-ya Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Tədbirin gedişində toplanmış vəsait “Good World Animal Rescue & Protection” (GWARP) beynəlxalq qeyri-hökumət təşkilatına göndəriləcək.
Sərginin təşkilatçıları qismində Bakıdakı Rus Evi, “Nine Senses Art Space”, GWARP və “Nargiz Art Studio” çıxış edirlər.
Giriş pulsuzdur.

Exit mobile version