Bakıda xeyriyyə məqsədilə ikinci “Qələbə qaçışı” təşkil edilib

Tokio, 6 noyabr , /AJMEDIA/

Noyabrın 6-da Gənclər və İdman Nazirliyi tərəfindən müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı
möhtəşəm Zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edilib.
AJMEDIA xəbər verir ki, “Qürurla irəli” şüarı ilə keçirilən yarışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə 20 manat iştirak haqqı ödəyiblər. Toplanan vəsait xeyriyyə məqsədilə şəhid ailələrinə yönəldilib.
“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qaçış 3 müxtəlif (3, 5 və 10 km) məsafəni əhatə edib və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa biliblər.
Qaçış çərçivəsində urban (şəhər) idmanı ustad dərsləri və maraqlı tədbirlər də təşkil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts