Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı proqnozlaşdırılır

Tokio, 8 dekabr , /AJMEDIA/

Azərbaycanda dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə havanın çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək – 773 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts