Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Tokio, 1 dekabr, /AJMEDIA/

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışa start verilib.

14 yaş kateqoriyası üzrə baş tutacaq yarışın qalibləri Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında 2025-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə keçirdiyi yarışa bu gün yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts