Site icon AJMEDIA Azərbaycanca

Bakıda Sabantuy tatar milli bayramı qeyd edilib

Tokio, 18 iyun , /AJMEDIA/

Bakı Dənizkənarı Bulvarının ərazisində Sabantuy tatar milli bayramı qeyd edilib.
AJMEDIA xəbər verir ki, tədbirdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Bu il bayram Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Qonaqlar əvvəlcə Dənizkənarı Bulvarın ərazisində yaradılmış tematik guşələrlə tanış olublar.
Sonra Azərbaycan və Tatarıstanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.
Bayram bayrağını Qarabağ müharibəsi qazisi Rasim Yaxin və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qaldırıblar.

Exit mobile version