Site icon AJMEDIA Azərbaycanca

Bakıda gimnastikanın “TeamGym” növü üzrə Avropa çempionatının açılış mərasimi olub

Tokio, 16 oktyabr, /AJMEDIA/

Bakıda ilk dəfə keçirilən gimnastikanın “TeamGym” növü üzrə 15-ci Avropa çempionatının açılış mərasimi olub.

AJMEDIA xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov Bakının ilk dəfə bu növ üzrə qitə çempionatına ev sahibliyi etməsinin böyük uğur olduğunu bildirib. Azərbaycan Gimnastika Federasiyasının yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu vurğulayan nazir bunun davamlı olmasını arzulayıb.

Sonra Avropa çempionatı açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasim bədii hissə ilə davam edib. Musiqi sədaları altında rəngarəng rəqs şousu nümayiş olunub.

Yarışda 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançı 3 alət üzrə bacarığını nümayiş etdirəcək.

Ev sahibi Azərbaycanla yanaşı, Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç və İsveçin iştirak edəcəyi Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.

Exit mobile version