Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilir

Tokio, 29 iyun , /AJMEDIA/

Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayevanın ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə iyunun 29-da Bakıda Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilir.
AJMEDIA xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva qeyd edib ki, bugünkü forum ölkələrimizin qadın sahibkarları arasında əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Biznes forum işini B2B görüşləri ilə davam etdirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts