Bakıda “Azərbaycan ailə modelinin inkişaf strategiyası” mövzusunda konfrans keçirilir

Tokio, 18 may , /AJMEDIA/

Mayın 18-də Bakıda “Azərbaycan ailə modelinin inkişaf strategiyası” mövzusunda konfrans keçirilir.
AJMEDIA xəbər verir ki, konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda ailə festivalının 2007-ci ildən qeyd olunduğunu bildirib. Deyib ki, tədbirin məqsədi ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılması və ailə institutunun təkmilləşdirilməsidir.
Komitə sədri qeyd edib ki, ailə bir cəmiyyətdir, onu qanunlarla məhdudlaşdırmaq mümkün deyil. “Qaydaları dəyişmək əvəzinə, cəmiyyət olaraq özümüz dəyişməliyik. Hamımız birgə çalışmalıyıq. Bununla biz diqqətdən kənarda qalan və qayğıya ehtiyacı olan ailələrə kömək edə bilərik”, – deyə Bahar Muradova qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts