Bakıda AQEM-in Biznes Şurasının iclası keçirilir

Tokio, 20 may, /AJMEDIA/

Bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başlayıb.

AJMEDIA xəbər verir ki, iclasda 30-a yaxın Asiya dövlətinin təmsilçisi, iri dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edirlər.

İclası AQEM-in baş katibi Kayrat Sarıbay açaraq qurumun fəaliyyəti və perspektiv planları barədə məlumat verib.

İclasda AQEM-ə daxil olan dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələri, biznes planlar, birgə iqtisadi layihələrin həyata keçirilməsi, o cümlədən nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq məsələləri müzakirə edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts