Bakı–Tbilisi–Ceyhan kəməri ilə 9,8 milyon tondan çox neft daşınıb

Tokio, 19 may , /AJMEDIA/

Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 833,1 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən AJMEDIA-ya bildirilib ki, nəqletmənin 76,4 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və kəmərlə 9 milyon 802,4 min ton neft nəql edilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizini və ya 8 milyon 315,8 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2 faizini və ya 1 milyon 486,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts